Bu gün Bizon Azərbaycan Kubokunda həlledici oyun baş tutacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Zirə" ilə qarşılaşacaq.
İndiyədək yalnız Premyer Liqada qarşılaşan komandalar arasında 30 matç baş tutub. Bu görüşlərdə "Sabah" 12, "Zirə" 8 dəfə qalib gəlib. 10 qarşılaşmada heç-heçə qeydə alınıb. 72 qolun vurulduğu duellərdə "Sabah" üstündür. Masazır təmsilçisi 40, Zirənin eyniadlı klubu 32 qola sevinib.
Qeyd edək ki, oyunu Elçin Məsiyev idarə edəcək və qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Bizon Azərbaycan Kuboku
Final
20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Bakı. "Palms Sports Arena".
"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov