"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Benin milli komandasına dəvət edilib. Sport24.az istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.
Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq. Felipe 2024-cü ilin yayından "Araz-Naxçıvan"ın formasını geyinir.
O, cari mövsümdə 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.