Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kryu"dakı qazancı məlum olub. Sport24.az xəbər verir ki, hücumçunun illik məvacibi 633 min 389 dollardır.
Forvard vergilərin çıxılmasıyla 550 min dollar qazanır.
Nəriman bu ilin fevralından "Kolumbus Kryu"da çıxış edir. O, MLS-də 5 oyuna çıxıb.