Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, Kırcalı təmsilçisi 34-cü turda səfərdə "Botev"lə qarşılaşıb.

 

Görüş "Arda"nın qələbəsiylə başa çatıb – 2:1.

 

Cəlal bu görüşdə start heyətdə meydana çıxıb. O, komandasının hər iki qolunun müəllifi olub.

 

"Arda" 34 turdan sonra 48 xalla 7-ci sıradadır.