"Betis" İspaniya La Liqasında XXXVI turda "Elçe"ni məğlub edib – 2:1. Sport24.az xəbər verir ki, Əndəlüs təmsilçisi sona iki tur qalmış 57 xalla 5-ci sırada qərarlaşıb.

 

"Betis" ən yaxın izləyicisi "Selta"nı 7 xal qabaqlayır.

 

Manuel Pelleqrininin yetirmələri qələbə sayəsində "beşlik"dəki yerini təmin edib və yeni mövsümdə Çempionlar Liqasında iştirak etməyə haqq qazanıb.

 

"Betis" sonuncu dəfə 2005-ci ildə ÇL-də mübarizə aparıb.