Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəsr" Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, lider ən yaxın izləyicisi "Əl Hilal"la qarşılaşıb.
Matç bərabərliklə başa çatıb – 1:1. "Əl Nəsr"də Məhəmməd Simakan fərqlənib. Görüş 1:0 hesabıyla başa çatacağı təqdirdə, "Əl Nəsr" çempionluğunu elan edəcəkdi. Lakin qapıçı Bentonun son saniyədəki kobud səhvindən sonra hesab bərabərləşib.
"Əl Nəsr" 33 turdan sonra 83 xalla birinci sıradadır. Ehtiyatda bir oyunu olan "Əl Hilal" isə 78 xalla ikincidir. "Əl Nəsr" növbəti oyunu qazansa, çempionluğunu rəsmiləşdirəcək.