"Real"ın əfsanəsi İker Kasilyas Joze Mourinyonun Madrid klubunun baş məşqçisi postuna qayıtmasına qarşı çıxıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Mourinyo ilə heç bir problemim yoxdur. Onu əla mütəxəssis hesab edirəm. Amma portuqaliyalını "Real"da görmək istəmirəm. Düşünürəm ki, bütün canımla bağlı olduğum klubda işləməyə daha yaxşı məşqçilər var. Bu, sadəcə mənim şəxsi fikrimdir, başqa bir şey deyil".
Qeyd edək ki, Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubunda çalışıb. Komanda onun rəhbərliyi altında İspaniya liqasını, Kral Kubokunu və İspaniya Super Kubokunu qazanıb.