"Real"ın müdafiəçisi Dani Karvaxal və "Komo"nun hücumçusu Alvaro Morata İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin genişləndirilmiş 55 nəfərlik heyətinə daxil edilmədikləri üçün 2026-cı il dünya çempionatını buraxacaqlar. Sport24.az xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, qərar artıq verilib və dəyişəcəyi gözlənilmir. De la Fuente uzun müddət Karvaxal və Moratanı yaxından izləyirb. Onların mövsüm ərzində istənilən oyunu sərgiləməməsi və zədəyə meyilli olması baş məşqçinin qərarına təsir edib. 

 

Qeyd edək ki, Karvaxal və Morata əvvəllər milli komandanın kapitanları təyin olunmuşdular. 26 nəfərlik yekun heyətin isə mayın 25-də açıqlanacağı gözlənilir.