İngiltərənin "Mançester Yunayted" klubu yay "transfer pəncərəsi" üçün iddialı və bir o qədər də sürpriz hədəf müəyyənləşdirib. Sport24.az  Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Real"ın ulduz yarımmüdafiəçisi Federiko Valverdeni heyətinə qatmaq variantını ciddi şəkildə nəzərdən keçirir.

 

Mənbənin sözlərinə görə, uruqvaylı futbolçunun "Santyaqo Bernabeu"dan ayrılma ehtimalı komanda daxilində yaşanan gərginliklə bağlıdır. "Kral klubu"nun rəhbərliyinin futbolçunun nizam-intizam qaydalarını pozmasından narazı qaldığı və yayda onun satışını dəyərləndirdiyi vurğulanır.

 

Qeyd edək ki, 27 yaşlı Federiko Valverdenin "Real" ilə 2029-cu ilə qədər qüvvədə olan müqaviləsi var. Bu amil transferin kifayət qədər yüksək məbləğ qarşılığında baş tutacağını qaçılmaz edir. İspaniya nəhənginin ulduz oyunçu üçün tələb edəcəyi qiymətin rekord həddə çatacağı gözlənilir.