Bu gün Bizon Azərbaycan Kubokunda həlledici oyun baş tutacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Zirə" ilə qarşılaşacaq.

 

İndiyədək yalnız Premyer Liqada qarşılaşan komandalar arasında 30 matç baş tutub. Bu görüşlərdə "Sabah" 12, "Zirə" 8 dəfə qalib gəlib. 10 qarşılaşmada heç-heçə qeydə alınıb. 72 qolun vurulduğu duellərdə "Sabah" üstündür. Masazır təmsilçisi 40, Zirənin eyniadlı klubu 32 qola sevinib.

 

Qeyd edək ki, oyunu Elçin Məsiyev idarə edəcək və qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

 

Bizon Azərbaycan Kuboku

Final

 

20:00. "Sabah" - "Zirə"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Bakı. "Palms Sports Arena".