"Zirə" Azərbaycan Kubokunun finalında sabah "Sabah"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, "qartallar"ın yarımmüdafiəçisi Hacıağa Hacılı zədə səbəbindən matçı buraxacaq.
Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib. O, Hacıağanın məşqdə zədə aldığını bildirib.
"Sabah" – "Zirə" oyununa saat 20:00-da start veriləcək.