"Fiorentina" futbolçusu Tariq Lemptey ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı cinah oyunçusu ilə müqaviləyə xitam verilib.

 

Lemptey bu mövsüm komandada 2 oyunda cəmi 25 dəqiqə oynayıb.

 

Cinah futbolçusu daha əvvəl "Çelsi" və "Brayton"da çıxış edib.