PSJ-nin qapıçısı Lukas Şevalye zədəsini sağaldıb. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

 

Qolkiper artıq komanda ilə məşqlərə başlayıb.

 

Bildirilib ki, 24 yaşlı futbolçu özünü yaxşı hiss edir. O, həmçinin Fransa millisinin DÇ-2026 üçün yekun heyətinə daxil edilmək şansını qoruyub saxlayır.

 

Qeyd edək ki, PSJ Şevalyeni cari mövsümün əvvəlində "Lill"dən 40 milyon avro qarşılığında transfer edib.