"Çelsi"də baş məşqçi postuna daha bir namizəd məlum olub. Sport24.az xəbər verir ki, braziliyalı Felipe Luis "zadəganlar"a rəhbərlik edə bilər.
Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Mütəxəssis son olaraq "Flamenqo"nu çalışdırıb. O, martdan işsizdir.
Felipe Luis futbolçu kimi 2014/15 mövsümündə "Çelsi"də forma geyinib.