"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi "Lids"lə heç-heçədən (1:1) sonra hakim idarəçiliyi barədə sərt açıqlamalar verib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis referilərin psixoloji təzyiq altında olduğunu və bunun oyuna birbaşa təsir etdiyini bildirib.

 

Matçdan sonra mətbuata danışan De Zerbi hakimlərin bir gün əvvəl baş tutan "Vest Hem" - "Arsenal" oyunundakı səs-küylü qərarların təsiri altında qaldığını iddia edib:

 

"Düşünürəm ki, hakimlər bu gün sakit deyildilər. Ola bilsin, dünənki Arsenal oyunundakı hadisələrin təzyiqini hiss edirdilər. Biz də bunun təsirini gördük. Topla oynayarkən emosional idik, çox tələsirdik. Hakim də sakit görünmürdü".

 

İtaliyalı mütəxəssis "Vest Hem"in ləğv olunan qolu ilə bağlı müzakirələrə də nöqtə qoyub:

 

"Dünənki VAR qərarı ətrafındakı müzakirələri anlaya bilmirəm. Bu, 100 yox, 200 faiz qayda pozuntusu idi".

 

Qeyd edək ki, "Tottenhem" bu heç-heçədən sonra da elitada qalmaq təhlükəsi ilə üz-üzədir.