Peşəkar Futbolçuların Milli Birliyi (UNFP) Fransa liqasında mövsümün ən yaxşı məşqçisini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Qalib "Lans"ə çalışdırcısı 47 yaşlı Pyer Saj olub.

 

Son səsvermədə Saj Luis Enrike (PSJ), Paulo Fonseka (Lion), Bruno Genesio (Lill) və Olivye Pantalonini (Loryan) qabaqlayıb.

 

Qeyd edək ki, Sajın rəhbərliyi altında "Lans" 32 matçda 67 xal qazanıb və Liqa 1-də hazırda ikinci yerdədir.