Mövsümün sonunda "Qarabağ" müqaviləsi başa çatan Emmanuel Addai digər klubla danışıqlara başlayıb. Sport24.az-a daxil olan məlumata görə, İspaniya təmsilçisi "Elçe" 24 yaşlı hücumçunun nümayəndələri ilə əlaqə saxlayıb. Hazırda La Liqada çıxış edən klub qanalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Addaiyə İngiltərə və Fransadan da təkliflər var. Onun hansı qərarı verəcəyi maraqla gözlənilir.
Bundan əlavə, futbolçunun İngiltərənin "Midlsbro" klubu ilə apardığı danışıqlar baş tutmayıb və bu keçidin reallaşmayacağı dəqiqləşib.
Qeyd edək ki, Emmanuel Addai 2024-cü ildən "Qarabağ"ın formasını geyinir.