"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner və "Flamenqo"nun keçmiş çalışdırıcısı Filipe Luis "Çelsi"nin baş məşqçisi postuna namizədlər arasında yer alıb. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu hazırda bir neçə namizədi nəzərdən keçirir, lakin hələlik qəti qərar verilməyib.
Əvvəllər bildirilirdi ki, Andoni İraola "Çelsi"nin baş məşqçisi vəzifəsinə əsas namizəd olaraq qalır. Marko Silva və Xabi Alonso da "mavilərin" namizəd siyahısındadır. "Portu"nun baş məşqçisi Françesko Farioli və "Komo"nun çalışdırıcısı Sesk Fabreqas isə "zadəganlar"ın təklifini geri çeviriblər.
Qeyd edək ki, İngiltərə klubu aprelin 22-də də Liam Rozenioru baş məşqçi vəzifəsindən azad edib. Kalum Makfarleyn cari mövsümün sonuna qədər "mavilərin" müvəqqəti məşqçisi vəzifəsini icra edəcək.