İspaniya çempionatının 35-ci turundan sonra La Liqanı tərk edəcək ilk komandanın adı müəyyənləşib. "Rayo Valyekano" və "Jirona" arasında (1-1) qeydə alınan "sülh" "Ovyedo"nun elitanı tərk edəcəyini rəsmiləşdirib.

 

Hazırda aktivində 29 xal olan "Ovyedo" 20-ci yerdədir. Bu isə o deməkdir ki, komanda qarşıdakı turlarda qeydə alınacaq nəticələrdən asılı olmayaraq, 39 xalla 17-ci yerdə olan "Jirona"ya çata bilməyəcək.

 

Qeyd edək ki, 2001-ci ildən bəri "Ovyedo" La Liqada ilk mövsümünü keçirirdi.