Fransa Futbolçuları Birliyi (UNFP) Paris PSJ-nin hücumçusu Usman Dembeleni Liqa 1-də cari mövsümün ən yaxşı oyunçusu elan edib. Sport24.az xəbər verir ki, bu barədə Fransa məlumatı məlumat yayıb.

 

Bu, fransız futbolçu üçün ardıcıl ikinci mükafatdır. Yekun səsvermədə Dembele komanda yoldaşları, portuqaliyalı hücumçular Vitinyo və Nuno Mendesi, eləcə də "Marsel"in vingeri Meyson Qrinvud və "Lans"ın hücumçusu Florian Tovinni geridə qoyub.

 

Qeyd edək ki, Dembele cari mövsümdə cəmi doqquz oyunda Paris klubunun start heyətində yer alıb. O, meydana çıxdığı 20 matçda (960 dəqiqə), 10 qol vurub və 6 məhsuldar ötürmə edib.