Azərbaycan təmsilçiləri Türkiyənin Marmaris şəhərində yelkən idmanı üzrə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər. Sport24.az xəbər verir ki, Azərbaycanı "Xəzər" Yelkən Qayıqları İdman Klubu təmsil edib.
Komanda turnirdə 8 nəfərlik heyətlə çıxış edib.
Reqatanın yekun nəticələrinə əsasən, Azərbaycan komandası ümumi sıralamada 8-ci yeri tutub.