"Şaxtyor"un hücumçusu Kauan Elias eyni anda bir neçə Avropa klubunun diqqətini cəlb edib. Sport24.az xəbər verir ki, braziliyalı futbolçuya ən çox maraq göstərənlər "Barselona", "Borussiya" (Dortmund) və "Qalatasaray"dır.
İstanbul klubu Eliası yay transfer pəncərəsində Mauro İkardinin potensial əvəzedicisi hesab edir.
Eyni zamanda Braziliyanın "Flamenqo" klubu 20 yaşlı forvard üçün "Şaxtyor"a 22 milyon avroluq təklif göndərib. Ukrayna təmsilçisi bu təklifi qəbul etməyib. Onlar gənc oyunçu üçün 35 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Şaxtyor" Kauan Eliası 2025-ci ilin fevralında "Fluminense"dən 17 milyon avroya transfer edib. Braziliya U-17 millisinin sabiq üzvü bu mövsüm "mədənçilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yaddaqalıb.