"Borussiya"nın müdafiəçisi Yulian Ryuerson karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Barselona" norveçli futbolçunun xidmətində maraqlıdır.
Bu barədə "El Nacional" məlumat yayıb.
La Liqa nəhənginin baş məşqçisi Hans Flik Ryuersonun oyununu bəyənir və onu komandasında görmək istəyir. "Barselona" 25 yaşlı sağ cinah müdafiəçisi üçün Almaniya klubuna 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Borussiya" Yulian Ryuersonu 2023-cü ilin yanvarında "Union Berlin"dən 5 milyon avroya transfer edib. Norveç millisinin üzvü cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 17 məhsuldar ötürmə ilə yadda qalıb.