"Barselona" İspaniya La Liqasında çempion olub. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi XXXV turda "Real"ı məğlub edərək (2:0) sona üç tur qalmış qızıl medalları təmin edib.

 

Komandanın baş məşqçisi Hansi Flik "Marca"ya açıqlamasında çempionluğu belə dəyərləndirib:

 

"Bu anı heç vaxt unutmayacağam. İlk dəfə "el klasiko"da qələbə qazanaraq, çempionluğumuzu elan etdik. Azarkeşlərimiz üçün inanılmaz anlar oldu. Həqiqətən, çox yaxşı oynadıq və əla qələbə qazandıq".