Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi "Palm Siti" argentinalı hücumçu Mauro İkardi ilə maraqlanır. Sport24.az xəbər verir ki, klub "Qalatasaray"la müqaviləsi yayda bitəcək forvardı azad agent kimi sıralarına qatmaq niyyətindədir.

 

Bu barədə insayder Maurizio Ruzzo məlumat yayıb.

 

İkardi "Palm Siti"də oynamağa müsbət yanaşmır.

 

Argentinalı hücumçu bu mövsüm Super Liqada 30 oyunda 14 qol vurub.