"Sassuolo"nun məşqçisi Fabio Qrosso və "Cenoa"nın çalışdırcısı Daniele De Rossi "Fiorentina"nın baş məşqçisi vəzifəsinə namizədlər arasındadır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
"Fiorentina" rəhbərliyi cari mövsümdən narazıdır və hazırkı baş məşqçi Paolo Vanolinin yerinə başqa mütəxəssis axtarır. Vanoli noyabr ayında vəzifəsindən kənarlaşdırılan Stefano Piolinin yerinə təyin olunmuşdu. Onun klubla müqaviləsi bu yay başa çatır.
İtaliya klubu bir müddət əvvəl Enzo Mareskanı "sükan arxasına" dəvət etməyi planlaşdırırdı. Klubun idman direktoru Fabio Paratiçi hətta Mareska ilə telefon danışığı aparıb. Ancaq o, "Mançester Siti"də Pep Qvardiolanın yerinə keçməyə ümid edir.
Qeyd edək ki, Qrosso "Yuventus", "Bari", "Verona", "Breşiya", "Lion" və digər klublarda çalışıb. De Rossi isə əvvəllər SPAL və "Roma"nı çalışdırıb, noyabrdan isə "Cenoa"ya rəhbərlik edir.