"Şaxtyor"un hücumçusu Kauan Elias "Qalatasaray"ın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "sportarena.ua" portalı məlumat yayıb. İstanbul klubu onu Mauro İkardinin əvəzedicisi kimi görür.
Mənbənin sözlərinə görə, braziliyalı ilə maraqlanan təkcə Türkiyə klubu deyil. "Barselona", Dortmund "Borussiya"sı "Flamenqo" da Kauanın transferində maraqlıdır. Məlumata əsasən, "Şaxtyor" bu yaxınlarda "Flamenqo"nun 22 milyon avroluq təklifini rədd edib və hücumçu üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, Kauanın "Şaxtyor"la müqaviləsi 2029-cu ilin dekabr ayına qədərdir. Hücumçu bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.