"Sportinq" və Gürcüstan milli komandasının üzvü Giorgi Koçoraşvili karyerasını Türkiyədə davam etdirmək niyyətindədir. Sport24.az xəbər verir ki, "qara qartallar" 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün Lissabon təmsilçisi ilə danışıqlara start verib. 

 

"Beşiktaş" onu 2027/2028 mövsümündə transfer etmə opsiyası ilə bir illik icarəyə götürməyi planlaşdırır.

 

Giorginin "Sportinq"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.


Koçoraşvili "Saburtalo", "Peralada", "Levante", "Kastelyon" klublarında çıxış edib.