Misli Premyer Liqasının 31-ci turuna paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Şamaxı" ilə qarşılaşır.

 

Qonaqlar üçün bu görüş formal xarakter daşıyır. Ayxan Abbasovun komandası oyundan qələbə ilə ayrılacağı halda belə turnir cədvəlində mövqeyini dəyişməyəcək. Bu oyun ərəfəsində aktivində 35 xal olan "şirlər" 8-ci yerdədir və "Araz-Naxçıvan"dan 5 xal geri qalır. Meydan sahibləri üçün isə bu görüşün əhəmiyyəti böyükdür. Avrokuboklara vəsiqə qazanmaq istəyən "ağ-qaralar" mövsümdə 14-cü qələbəsini qazansa, "Zirə"dən 3 xal uzaqlaşaraq, 4-cü pillədə yerini bir qədər də möhkəmləndirəcək.

 

Qeyd edək ki, 32-ci turun oyunlarına mayın 15-də start veriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXXI tur

19:30. "Neftçi" - "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Bakı. "Palms Sports Arena".