Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda keçiriləcək. "Turan Tovuz" "doğma divarlar" arasında "Karvan Yevlax"ı qəbul edir. Meydan sahiblərinin bu yay ölkəmizi Konfrans Liqasında təmsil edəcəyi rəsmiuləşib. Ancaq "boz qurdlar"ın mövsümü ikinci pillədə başa vurmaq şansı var. Bu səbəbdən Yevlax təmsilçisi ilə görüşdə Kurban Berdıyevin komandasının əsas hədəfi 3 xal olacağı heç kimdə şübhə doğurmur. Qonaqlar isə bu görüşdə məğlub olacağı təqdirdə elitanı tərk edəcəyi rəsmiləşəcək.
Qeyd edək ki. görüşün start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXXI tur
17:00. "Turan Tovuz" - "Karvan-Yevlax"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz. Şəhər stadionu.
"Turan Tovuz": 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev
"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov