Moskva "Spartak"ı "Trabzonspor"un hücumçusu Felipe Auqustonun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Puskas Sports" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızı-ağlar" 22 yaşlı braziliyalı üçün Türkiyə klubuna artıq rəsmi təklif də göndərib.

 

Qeyd edək ki, Felipe Auqusto 2025-ci ilin yayından "Trabzonspor"un formasını geyinir. O, bu mövsüm o, bütün turnirlərdə 37 oyunda iştirak edib və 15 qol vurub. "Transfermarkt" portalı onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.

Hücumçu əvvəllər Korintians və Belçikanın "Serkl Brügge" komandalarının şərəfini qoruyub.