Cənubi Koreya çempionatında 13-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" öz meydanında "Pohanq"ı qəbul edib

 

Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Krivotsyuk bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi meydana start heyətində çıxıb və qarşılaşmanı əvəzolunmadan keçirib. 

 

Qeyd edək ki, hazırda aktivində 16 xal olan "Daejeon" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.