"Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq Fransa çempionatının 33-cü turunda "Le Havre" ilə səfər matçı üçün heyətdən çıxarılıb. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" qəzeti məlumat yayıb.

 

Cümə axşamı günü, Obameyanqın rəhbərlik etdiyi bir qrup oyunçu "Marsel" bir neçə gün klubun bazasında qalmasına etiraz olaraq iğtişaş yaradıb. Hadisə komandanın rəhbərliyinin üzvünə yanğınsöndürən balon atılması ilə nəticələnib. Növbəti gün "Marsel" rəhbərliyi vəziyyəti aydınlaşdırmaq üçün iclası keçirib. Obameyanq zərərçəkəndən və rəhbərlikdən üzr istəyib. Buna baxmayaraq, o, heyətdən kənarlaşdırılıb.

 

Qeyd edək ki, 36 yaşlı Obameyanq bu mövsüm 40 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.