Ötən gün Ər-Riyadda 2027-ci ildə keçiriləcək Asiya Kubokunun qrup mərhələsinin püşkatması keçirilib. Sport24.az xəbər verir ki, turnirdə ümumilikdə 24 komanda mübarizə aparacaq.
Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan dörd ən yaxşı kollektiv 1/8 finala vəsiqə qazanacaq. Pley-offun ilk mərhələsi 22-25 yanvar, dörddəbir final mərhələsinin oyunları 28-29, yarımfinal oyunları isə 1-2 fevral tarixlərində keçiriləcək. Turnirin həlledici görüşü fevralın 5-i Kral Fəhd Stadionunda keçiriləcək.
2027-ci ildə təşkil olunacaq Asiya Kuboku 2027-ci ilin 7 yanvar - 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək. Bu, Səudiyyə Ərəbistanının ev sahibi kimi debüt turniri olacaq.
Qeyd edək ki, yarışın son qalibi Qətər millisidir.
A qrupu: Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Fələstin
B qrupu: Özbəkistan, Bəhreyn, Şimali Koreya, İordaniya
C qrupu: İran, Suriya, Qırğızıstan, Çin
D qrupu: Avstraliya, Tacikistan, İraq, Sinqapur
E qrupu: Cənubi Koreya, BƏƏ, Vyetnam, Livan/Yəmən
F qrupu: Yaponiya, Qətər, Tayland, İndoneziya