PSJ 2026/27 mövsümündə geyinəcəyi ev formasını təqdim edib. Sport24.az xəbər verir ki, forma mavi rəngdədir, mərkəzində geniş şaquli qırmızı zolaq, yanlarında isə iki ağ zolaq var.
Formanın mərkəzində Paris klubunun gerbi və Nike-in texniki sponsor loqotipi yer alıb.
Qeyd edək ki, Paris klubu cari mövsümdə Fransa çempionu olub və həmçinin Çempionlar Liqasının finalına yüksəlib.