"Qalatasaray" Türkiyə Super Liqasında 2026/26 mövsümünün çempionu olub. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Antalyaspor"u 3:2 hesabıyla məğlub edərək, sona bir tur qalmış qızıl medalları rəsmiləşdirib.
Matçdan sonra komandanın baş məşqçisi Okan Buruk fikirlərini bölüşüb:
"Bura "Qalatasaray"a xidmət etmək üçün gəlmişəm. Çətin dönəm idi və ardıcıl dörd çempionluq qazandıq. Bu klubda olmağın verdiyi dəyəri çox yaxşı bilirəm. Buna qədər klub ardıcıl dörd dəfə çempionluq yaşamışdı, amma sonrası olmamışdı. Hədəfimiz artıq beşinci çempionluqdur".