Ukrayna Premyer Liqasında 2025/2026 mövsümünün qalibi məlumat olub. Sport24.az xəbər verir ki, "Şaxtyor" mövsümün bitməsinə üç tur qalmış çempionluğu rəsmiləşdirib.

 

Arda Turanın rəhbərlik etdiyi kollektiv 27-ci turda səfərdə "Poltava"nı 4:0 hesabı ilə məğlub edib. Donetsk təmsilçisi ən yaxın izləyicisi olan "Polissya"nı 11 xal qabaqlayır.

 

Qeyd edək ki, "Şaxtyor" tarixi ərzində 16-cı dəfə Ukrayna çempionu olub.