Azərbaycanın üzgüçülük idmanı tarixində yeni rekord qeydə alınıb. Sport24.az xəbər verir ki, Quba sakini Cəmil Əliyev növbəti dəfə ölkə üzrə rekord nəticə göstərib.
O, müvafiq qaydalara uyğun şəkildə 13 saat fasiləsiz üzərək əvvəlki rekordunu yeniləyib.
Qeyd edək ki, Cəmil Əliyev bundan əvvəl 10 saat fasiləsiz üzərək ölkə üzrə rekordu müəyyənləşdirmişdi.