Futzal üzrə UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, həlledici görüşdə İspaniya təmsilçisi "Palma Futsal"ı 2:0 hesabı ilə məğlub edən "Sportinq" 2025/26 mövsümünün qalibi olub.

 

Portuqaliya klubu oyunun 4-cü dəqiqəsində hesabı açıb. Dioqo Santos adını tabloya yazdırıb. Oyunun sonlarında isə Alisson topu öz qapısına göndərməklə həm avtoqol məllifi olub, həm də qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.  

 

Qeyd edək ki, "Sportinq" tarixində üçüncü dəfə mötəbər turnirin qalibi olub.