"Liverpul" "Monako" və Fransa yığmasının hücumçusu Maqnes Aklyuşla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
24 yaşlı futbolçu "qırmızılar"ın qarşıdan gələn "transfer pəncərəsi" üçün əsas hədəflərindən biridir. Məlumata görə, "Liverpul" hücumçu üçün təxminən 50 milyon avro ödəməyə hazırdır.
Keçən il PSJ və bir neçə digər aparıcı klub Aklyuşla maraqlanırdı. Lakin "Monako"nun futbolçuya görə, 70 milyon avro tələb etməsi onları keçidi reallaşdırmaqdan çəkindirib. Hazırda "Tottenhem" və "Mançester Siti" də Maqnesə maraq göstərirlər.
Qeyd edək ki, Aklyuş "Monako"nun öz yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Hücumçu bu mövsüm hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.