Müdafiəçi Joao Kanselo tarixə düşüb. Sport24.az xəbər verir ki, portuqaliyalı oyunçu Avropanın TOP-5 liqalarının dördündə ölkə çempionu olan ilk futbolçu olub.
Kanselo "Yuventus"la A Seriyasını, "Barselona" ilə La Liqanı, "Bavariya" ilə Bundesliqanı və "Mançester Siti" ilə İngiltərə Premyer Liqasını qazanıb.
Müdafiəçi hazırda icarə əsasında "Barselona"da çıxış edir. O, müqavilə ilə "Əl Hilal"a məxsusdur.