"Leyptsiq"in futbolçusu Assan Uedraoqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Liverpul" almaniyalı yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Premyer Liqa nəhəngi Uedraoqo üçün 40 milyon avro ödəməyə hazırdır. Lakin Bundesliqa klubu 20 yaşlı oyunçunu bu məbləğ qarşılığında satmağı düşünmür.
Qeyd edək ki, "Leyptsiq" Assan Uedraoqonu 2024-cü ilin yayında "Şalke"dən 10 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə "qırmızı buğalar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.