UEFA Çempionlar Liqasının "Arsenal"la PSJ arasında keçiriləcək final matçının təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, görüşü Almaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

 

Oyunun baş hakimi Daniel Zibert olacaq. Ona yan xətlərdə Yan Seydel və Rafael Foltin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isveçrəli Sandro Şarer yerinə yetirəcək. VAR-da isə almaniyalı Bastyan Dankert əyləşəcək.


Qeyd edək ki, final qarşılaşması mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.