"Fənərbağça"nın yeni prezident namizədləri – Aziz Yıldırım və Hakan Safinin yeni baş məşqçi haqda planları bəlli olub. Sport24.az xəbər verir ki, hər iki prezidentliyə namizəd Filip Luisi komandanın "sükanı arxası"nda görmək istəyir.

 

Bu barədə Braziliya mediasından "RTI Esporte" məlumat yayıb.

 


Baş məşqçilik karyerası ərzində yalnız ölkəsinin "Flamenqo" klubunu çalışdırmış braziliyalı bu ilin mart ayından etibarən işsizdir. 2024-cü ilin yanvarından baş məşqçiliyə başlayan Filip əvvəlcə "Flamenqo U-17"yə, ardınca "Flamenqo U-20"yə, sonda isə əsas komandaya rəhbərlik edib.