"Sabah"ın Timoteuş Puxaçın birdəfəlik transferi üçün Almaniyanın "Holştayn Kil" klubuna ödəyəcəyi məbləğ dəqiqləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "bayquşlar" 27 yaşlı cinah oyunçusunun transfer hüquqları üçün II Bundesliqa təmsilçisinə təxminən 500 min avro ödəyəcək.

 

Tərəflər arasında danışıqlar artıq yekun mərhələdədir.

 

Mövsümün əvvəlindən icarə əsasında Masazır təmsilçisində çıxış edən polşalı futbolçu ilə 2-3 illik müqavilə imzalanması planlaşdırılır. Puxaç da "Sabah"da qalmağa müsbət yanaşıb.

 

Qeyd edək ki, Timoteuş Puxaç cari mövsüm meydana çıxdığı 32 oyunda 2 qol və 12 məhsuldar ötürmə ilə komandanın ən faydalı oyunçularından biri olub.