İtaliya A Seriyasının prezidenti Luici De Servo 2026/27 İtaliya Super Kubokunun Səudiyyə Ərəbistanında keçirilməyəcəyini təsdiqləyib. Potensial ev sahibləri arasında ABŞ və İtaliya da var. Sport24.az xəbər verir ki, funksioner bu barədə "GR Parlamento Radio RAI"-yə açıqlamasında danışıb.

 

İtaliya Super Kubokunun yenidən "Dördlər finalı" kimi keçirilməsi gözlənilir. Son çempion və ölkə kubokunun qalibi ilə yanaşı, mini-turnirdə A Seriyasında ikinci yeri tutan komanda və  kubokunun finalçısı iştirak edəcək.

 

Qeyd edək ki, ötən mövsümün qalibi həlledici görüşdə "Bolonya"nın yenən "Napoli" olub.