Fred Rutten rəsmi olaraq Kurasao millisinin baş məşqçisi potundan gedib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. DÇ-2026 ərəfəsində 63 yaşlı məşqçinin bu qərarı könüllü olaraq verdiyi bildirilir.
Rutten 2026-cı ilin fevralında Kurasao yığmasının "sükanı arxasına" keçib. O, bu postda qızının xəstəliyinə görə, istefa verən Dik Advokatı əvəz etmişdi. Ruttenin rəhbərliyi altında komanda iki yoldaşlıq oyunu keçirib, Çinə (0-2) və Avstraliyaya (1-5) məğlub olub.
Qeyd edək ki, Kurasao tarixində dünya çempionatında iştirak edəcək. Komanda Almaniya, Kot-d'İvuar və Ekvadorla birlikdə E qrupunda mübarizə aparacaq.