"Lill"in futbolçusu Nabil Bentaleb karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

 

31 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə müqaviləsi yayda başa çatır.

 

"Beşiktaş" artıq oyunçu ilə danışıqlara başlayıb. İstanbul təmsilçisi əlcəzairli futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir.

 

Bentaleb bu mövsüm Fransa çempionatında 25 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.