Azərbaycanlı idmançı Hacı Əliyev RAF güləş təşkilatı ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, güləşçinin turnirdəki ilk rəqibi Sebastian Rivera olacaq. Görüş oyunun 13-də, Sent Lyuisdə (ABŞ) keçiriləcək.
RAF güləş təşkilatı ABŞ-də yaradılmış peşəkar sərbəst güləş təşkilatıdır. 2025-ci ildən fəaliyyət göstərən qurumun məqsədi müxtəlif ölkələrdən olan elit güləşçilər üçün peşəkar platforma yaratmaqdır.