"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, "şirlər" cinah müdafiəçisi Hacıəli Şirəliyevi heyətinə qatıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı futbolçu ilə üç (2+1) illik müqavilə imzalanıb.

 

Müdafiəçi daha əvvəl "Difai" və "Səbail"də çıxış edib.